Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi KEÇİRİLDİ - FOTO

234938

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, monitorinqdə şagirdlərə Azərbaycan və ingilis dili fənlərinin hər birindən 30, riyaziyyat fənnindən isə 25 olmaqla, ümumilikdə 85 sual təqdim olunub və 180 dəqiqə vaxt ayrılıb. 19 mərkəzdə təşkil olunan monitorinqdə 3800-ə yaxın şagird iştirak edib.

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.

Qeyd edək ki, təşkil olunan növbəti monitorinq 2024-2025-ci tədris ilində keçirilən ödənişsiz üçüncü buraxılış qiymətləndirmə monitorinqidir. Monitorinqdə istifadə olunan sualların düzgün cavabları yaxın saatlarda nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin