Şəki-Qax yolunda baş verən ağır qəzanın ilkin təfərrüatları bilinib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, bugün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.
Nəticədə piyada ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ölümlə və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:55 / 15.02.2025
Şəki-Qax yolundakı qəzanın TƏFƏRRÜATLARI
Hazırda oxunan: Şəki-Qax yolundakı qəzanın TƏFƏRRÜATLARI
Hazırda oxunan: Şəki-Qax yolundakı qəzanın TƏFƏRRÜATLARI
234920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.