Xaricdə yaşayıb, ölkəmizə qarşı təhqir ritorikasını seçən “bloqer”lərin əslində hansı məzhəbə qulluq etdikləri hər kəsə yaxşı məlumdur. Öz dövlətini, xalqını hədəf alan bu cür şəxslərdən hər hansı müsbət davranış gözləmək də möcüzə olardı.
Bu cür “bloqer”lərdən biri də “Azad söz” adlı “youtube” kanalının aparıcısı olan Tural Sadıqlıdır.
Onun ictimai-siyasi fəaliyyətində hansı yuvanın quşu olduğu bəllidir. Ancaq hər fürsətdə insan haqlarından dəm vuran bu şəxs heç özəl həyatında da “təbliğ etdiyi” prinsiplərə əməl etməyib.
Həyat yoldaşına qarşı zorakılıq
Tural Sadıqlının keçmiş həyat yoldaşı Şəlalə Məmmədova Tural Sadıqlı tərəfindən şiddətə məruz qaldığını mətbuat vasitəsilə ictimailəşdirib.
Hazırda Rusiya Federasiyasında yaşayan Şəlalə Məmmədova keçmiş həyat yoldaşı ilə Almaniyada birgə yaşadığı dövrdə üzləşdiyi zorakılığa dair video və səs yazılarını xəbər kanallarına göndərərək Almaniya Federal Prokurorluğuna müraciət etməyə hazırlaşdığını bildirib.
Şəlalə Məmmədovanın sözlərinə görə, Tural Sadıqlı ayrıldıqdan sonra da ona qarşı sosial şəbəkələr üzərindən psixoloji basqıları davam etdirib:
“O, mənim geri qayıtmağımı tələb edir. Bu da bizim 7 yaşlı qızımız Aylinə psixoloji travma yaşadır”.
Səs yazıları hansı faktları üzə çıxarır?
Sözügedən səs yazılarında Tural Sadıqlının həyat yoldaşına qarşı fiziki şiddət göstərdiyi, şəxsiyyətini alçaltdığı aydın şəkildə eşidilir. Üstəlik, Şəlalə Məmmədovanın fiziki zorakılığa məruz qalması ilə bağlı görüntülər də mövcuddur.
Digər tərəfdən,diqqətçəkən məqamlardan biri də Tural Sadıqlının təbliğ etdiyi həyat tərzinə özünün belə əməl etməməsidir. Bu Tural Sadıqlının həyat yoldaşına qarşı zorakılıq tətbiq etməsinin səbəbindən də bəlli olur. Belə ki, o, həyat yoldaşını evlilikdən əvvəl başqa bir şəxslə münasibətdə olmaqda ittiham edərək döyüb.
Təbii ki, heç bir səbəb başqa bir şəxsə, ələxüsus da, qadına qarşı şiddətə əsas vermir. Ancaq Avropa dəyərlərindən dəm vuran birinin sözügedən səbəblə həyat yoldaşını döyməsi alçaqlıqdan əlavə, həm də ikiüzlülükdür.
Tural Sadıqlı elə bir dil pəhləvanıdır ki, bu əməllərinə görə də hər hansı bəhanələr uydurmağı bacarar. Ancaq heç bir bəhanəni uydura bilməyəcəyi bir məqam var. O da 7 yaşlı qızını psixoloji travmaya məruz qoymasıdır.
Almaniya buna da göz yumacaq?
Məlum olduğu kimi, Tural Sadıqlı uzun müddətdir ki, Almaniyada yaşayır. Onunla həyat yoldaşı arasındakı məlum münaqişə də məhz Almaniyada yaşanıb. Hadisə baş verdiyi dövrdə Şəlalə Məmmədovanın Almaniyanın hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.
Ancaq Almaniya qonşuların ən xırda qanun pozuntularını belə polisə xəbər verdiyi bir ölkədir. Belə bir ölkədə isə hüquq-mühafizə orqanlarının bu cür səs-küydən xəbərsiz olması reallıqdan tamamilə uzaqdır.
Üstəlik, hadisəni törədən Tural Sadıqlı kimi Azərbaycana qarşı fəaliyyət göstərmək üçün “ovuc içində” saxlanılan biridirsə, bu cür əməlin alman polisinin gözündən qaçması da real görünmür.
Bu o deməkdir ki, Tural Sadıqlının əməlinə göz yumaraq, onu müdafiə ediblər.
Bu da Tural Sadıqlının əsl siması...
Tural Sadıqlının bir-iki videosuna baxsaq, onun hər fürsətdə insan hüquqlarından, ədalətdən danışdığını görə bilərik. Ancaq özünü “ədalət keşikçisi” kimi qələmə verən, ölkəmizi saxta iddialar, yalanlarla hədəf alan bu şəxs nəinki ictimai fəaliyyətində, heç şəxsi həyatında da təbliğ etdiyi ideyalara sadiq qalmayıb. O nəinki həyat yoldaşına fiziki şiddət göstərib, həm də azyaşlı qızını psixoloji travmaya məruz qoymaqdan çəkinməyib.
Öz övladının həyatını məhv etməkdən çəkinməyən biri haqqında isə artıq sözə ehtiyac yoxdur.
Ümid edək ki, Almaniya hüquq-mühafizə orqanları bu dəfə Tural Sadıqlının əməlinə göz yummaq yerinə faktı araşdırıb, ədalətli qərar verəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:06 / 15.02.2025
Ölkəmiz haqqında söyüşlə, ailəsinə qarşı zorakılıqla danışan Tural Sadıqlı – ARAŞDIRMA - VİDEO
Hazırda oxunan: Ölkəmiz haqqında söyüşlə, ailəsinə qarşı zorakılıqla danışan Tural Sadıqlı – ARAŞDIRMA - VİDEO
Hazırda oxunan: Ölkəmiz haqqında söyüşlə, ailəsinə qarşı zorakılıqla danışan Tural Sadıqlı – ARAŞDIRMA - VİDEO
234891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.