Nəm salfetlərin satışı QADAĞAN EDİLİR

Hazırda oxunan: Nəm salfetlərin satışı QADAĞAN EDİLİR

234702

Hollandiya ətraf mühitin mühafizəsi üçün nəm salfetləri qadağan etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “NL Times” portalı məlumat yayıb.
 

Hollandiya hökuməti tərkibində plastik olan nəm salfetlərə ümumavropa qadağası qoyulmasını təklif edib. Buna səbəb ciddi ekoloji fəsadlar və kanalizasiya sistemlərinin təmiri ilə bağlı çox milyon dollarlıq xərclər olub. Təmizlik və ya uşaq baxımı üçün geniş istifadə edilən bu gigiyena məhsulları suda parçalanmır və tez-tez tıxanmalara səbəb olur.


Hollandiyanın ətraf mühit məsələləri üzrə tatibi Yansen bildirib ki, təkrar istifadə edilə bilən və ya kağız salfetlər kimi daha ekoloji cəhətdən təmiz alternativlər mövcuddur.

O, təklif olunan qadağanın həyata keçirilməsi üçün vaxt çərçivəsini açıqlamayıb, lakin Aİ səviyyəsində əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin