Nazirin müşaviri işə skuterlə getdi – FOTO

Hazırda oxunan: Nazirin müşaviri işə skuterlə getdi – FOTO

234693

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov işə gedərkən skuterdən istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.

“İlk dəfə bu gün işə skuterlə gəldim. Evimdən çıxıb yolun müəyyən hissəsini piyada gəldim.

Ondan sonra yaxınlıqdakı dayanacaqlardan birində elektrikli skuter icarəyə götürdüm, lazımi proqramı yüklədim. Bir az soyuq və yağışlı hava var idi. Buna baxmayaraq, bu kiçik səyahətdən zövq aldım. İş yerimə cəmi 20 dəqiqəyə çatdım. Hamıya uğurlu gün arzulayıram” – deyə R. Bayramov qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin