Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhəxadrində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi kexadçirilib.
DSX-dənxa0Moderator.az-a verilən məlumata görə, gənc sərhədçilər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.
xa0
Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin dövlət sərxadhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşxadması və inkişafındakı misilsiz xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində sərhəd mühafixadzəsinin ən müasir tələblər səviyyəsinə yüksəlməsini xüsusi qeyd edib. Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi büxadtövlüyünün bərpası üçün istənilən anda hər bir döyüş tapşırığını yerixadnə yetirməyə, işğal altında olan torpaqlarımızda Azərbaycanın suvexadren hüquqlarının bərpası uğrunda savaşa daim hazır olması xüsusi vurğulanıb, Vətən torpağının astanasında – dövlət sərhədində üçxadrəngli dövlət bayrağımız altında xidmət aparmağın hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf olması qeyd edilib.

xa0
General-polkovnik Elçin Quliyev Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidxadmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib, onlara müvəffəqiyyətlər arzulayıb.
xa0
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədləxadrinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
xa0
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidməxadtinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşmüş, onların övladlarının Vətəninə, dövləxadtinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasıxadna Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini və səmərəli olmasını bildirib, oğullarının hərbi andı qəbul edərkən keçiridikləri qürur hissləri münasibətilə hər bir valideyni təbrik edib.
xa0
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunxadlarının Horadiz və Lənkəran sərhəd dəstələrində də gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.




























































































