Bağırsaqlar üçün ƏN TƏHLÜKƏLİ QİDA - Bütün toksinlər qana keçir

Hazırda oxunan: Bağırsaqlar üçün ƏN TƏHLÜKƏLİ QİDA - Bütün toksinlər qana keçir

234649

Orqanizmimizdə həzm sisteminin normal işləməsi bizi bir çox xəstəliklərdən qoruyur. Odur ki, mədə-bağırsaq traktında problem yaranmaması üçün qida rasionumuza diqqət etmək zəruridir.

Bizim.Media xəbər verir ki, qastroenteroloq Dilyara Lebedeva hətta mədə-bağırsaq traktında problem olmadığı halda belə qaçınılması lazım olan qidaları sadalayıb.

Siyahıda birinci yeri gluten tutur.

Bu zülal buğda, çovdar, arpa və onların törəmələrində (çörək, makaron, bişmiş məmulatlar, pivə) mövcuddur. Gluten bağırsaqlarda gizli iltihaba səbəb ola bilər.

Bitki mənşəli protein bağırsaqlara xüsusi təsir göstərir. Tərkibində qluten olan məhsullar bağırsaq mikroflorasını “daha keçirici” edir.

“Bu səbəbdən toksinlər və həzm olunmamış qida hissəcikləri qana daxil olur, nəticədə sızan bağırsaq sindromu riski artır”, - deyə qastroenteroloq xəbərdarlıq edib.

Siyahıda ikinci yerdə şəkərdir.
 

Yadda saxlamaq lazımdır ki, şəkər şirniyyatdan əlavə souslarda, sodada, şirələrin tərkibində də var. O, orqanizmdə iltihabı, şişkinliyi və qaz meydana gəlməsini təhrik edir. Odur ki, şəkər tərkibli yeməklər iltihab və həzm problemlərinə, həmçinin ağırlığa səbəb olur.

Həmçinin həkimin siyahısında emal olunmuş süd məhsulları (pasterizasiya olunmuş süd, qatıqlar, emal olunmuş pendirlər) yer alıb.

Belə qidaların tərkibində konservantlar və stabilizatorlar ola bilər. Qastroenteroloq qeyd edib ki, südün tərkibində hormonlar və antibiotiklər var. O, həmçinin xatırladıb ki, laktoza çətin həzm olunur və şişkinliyə səbəb olur. Süd proteini olan kazein bəzi insanlarda iltihaba səbəb olur.
 

Mütəxəssis bildirib ki, mədə-bağırsaq traktının problemləri daha dərin ola bilər. Bəzən onların səbəbləri bizim vərdişlərimizdə və stress səviyyəmizdə olur. Həkim gündəlik rasionumuza təzə tərəvəzlər, meyvələr, qoz-fındıq, bütün dənli bitkiləri, həmçinin təmiz protein daxil etməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin