İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı dəm qazından boğularaq ölüblər.
Bizim.Media Xəzər TV-yə istinadən məlumat verir ki, faciəli hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.
Belə ki, Şərq küçəsində fərdi evdə yaşayan Arif Qurbanov və həyat yoldaşı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.
Ailə üzvləri bildiriblər ki, cütlük bir neçə il əvvəl ailə həyatı qursa da, övladları yox idi. Amma 8 ay əvvəl Aytən Qurbanovanın ana olacağı ilə bağlı verdiyi xəbər onları çox sevindirib.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.
Yaxınları deyir ki, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, ''Qubadlının azad olunmasına'' görə və ''Vətən müharibəsi iştirakçısı'' medalları ilə təltif olunub.
Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/13/1739466295_ekran-sekli-2025-02-13-202926.png)
- A-
- A
- A+
Cəmiyyət
20:58 / 13.02.2025
AİLƏ FACİƏSİ: Gənc ailə ölmüş vəziyyətdə tapıldı, qadın 8 aylıq hamilə imiş - VİDEO
Hazırda oxunan: AİLƏ FACİƏSİ: Gənc ailə ölmüş vəziyyətdə tapıldı, qadın 8 aylıq hamilə imiş - VİDEO
Hazırda oxunan: AİLƏ FACİƏSİ: Gənc ailə ölmüş vəziyyətdə tapıldı, qadın 8 aylıq hamilə imiş - VİDEO
234648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.