Bakının Binəqədi rayonunda piyadavurma hadisəsi baş verib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə saat 17:40-da qeydə alınıb.
Belə ki, metronun "Nəsimi" stansiyasının yaxınlığında yolu keçən piyada xanımı "Chevrolet" markalı 77-QH-918 dövlət nömrə nişanlı minik avtomobili vurub.
Şahidlərin sözlərinə görə, hadisənin baş verməsinə səbəb piyadanın yolu avtomobillər üçün nəzərdə tutulan hərəkət hissəsindən keçməyə cəhd etməsi olub.
Hadisə yerinə Təcili Tibbi Yardım Xidməti cəlb olunub. Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/13/1739461438_img-20250213-wa0176.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:35 / 13.02.2025
Bakıda qadını maşın vurdu: Ağır yaralandı - VİDEO
Hazırda oxunan: Bakıda qadını maşın vurdu: Ağır yaralandı - VİDEO
Hazırda oxunan: Bakıda qadını maşın vurdu: Ağır yaralandı - VİDEO
234638
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.