"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mərdəliyev Ceyhun Dadaxan oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
07.02.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/13/1739456236_5292199925960009714.jpg)
- A-
- A
- A+
Cəmiyyət
18:17 / 13.02.2025
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ
Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ
Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ
234628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.