Bir ayda Azərbaycanda içki və siqaretə nə qədər pul xərclənib?

Hazırda oxunan: Bir ayda Azərbaycanda içki və siqaretə nə qədər pul xərclənib?

234623

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 230.3 milyon manat xərclənib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 14,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin