Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.
Bizim.Media "caliber.az"a istinadən xəbər verir ki, bu düzəlişlər, xüsusən, ölkədə “Russia Today” Beynəlxalq xəbər agentliyinin bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək.
Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud fərqin aradan qaldırılması üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirləri olduğu qədər “Russia Today”in müxbiri də ölkəmizdə işləyəcək. Hazırda söhbət bir tam ştatlı vəzifədən gedir.
Qeyd edək ki, “Russia Today”nin Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün ləğvi gözlənilir.
“Russia Today” Azərbaycanda fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək bir müxbiri ilə davam etdirəcək.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/13/1739440470_882cab69-b027-3827-bfe6-1cb6f50e3789_850.jpg)
- A-
- A
- A+
Cəmiyyət
13:52 / 13.02.2025
“Sputnik-Azərbaycan” ləğv edilir: “Russia Today”in Bakıda yalnız bir müxbiri olacaq
Hazırda oxunan: “Sputnik-Azərbaycan” ləğv edilir: “Russia Today”in Bakıda yalnız bir müxbiri olacaq
Hazırda oxunan: “Sputnik-Azərbaycan” ləğv edilir: “Russia Today”in Bakıda yalnız bir müxbiri olacaq
234575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.