Baş Dövlət Yol Polisi piyadavurma hadisələrindən dəhşətli kadrlar yayıb.
Bizim.Media xəbər verir ki, nümayiş olunan real kadrlardan aydın görsənir ki, piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər və vəziyyətdən düzgün nəticə çıxarmırlar.
Nəticədə özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına laqeyd yanaşırlar.
Belə qəzalardan biri fevralın 12-si saat 7 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində baş verib.
Belə ki, Rəsul Rzalının idarə etdiyi "Hyundai" markalı avtomobil paytaxt sakini Ramil Babayevi vurub.
Fevralın 13-ü, saat 4 radələrində isə "Nissan" markalı avtomobillə Bakı-Mərdəkan yolunda hərəkətdə olan Nurlan Qasımov paytaxt sakini Günel Şərbətovanı vurub.
Arxadan gələn "Ford" markalı avtomobil piyadanın üzərindən keçib.
Həmin kadrları sizə təqdim edirik:
Bizim.Media