DYP-dən piyadalara daha bir ÇAĞIRIŞ

Hazırda oxunan: DYP-dən piyadalara daha bir ÇAĞIRIŞ

234566

"Dəfələrlə real kadrlara istinad edilərək aparılan təbliğat işlərinə baxmayaraq, təəssüf ki, təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan piyadaların sayı hələ də çoxluq təşkil edir".

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsibdən məlumat verilib.
 

Bildirilib ki, Abşeron və Xəzər rayonlarında qeydə alınan piyadavurma hadisələri deyilənləri bir daha təsdiq edir. Fevralın 12-si saat 07 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində Rəsul Rzalınlın idarə etdiyi “Hyundai” markalı avtomobil paytaxt sakini Ramil Babayevi vurub.


Fevralın 13-ü, saat 04 radələrində isə “Nissan” markalı avtomobillə Bakı-Mərdəkan yolunda hərəkətdə olan Nurlan Qasımov paytaxt sakini Günel Şərbətovanı vurub və arxadan gələn “Ford” markalı avtomobil piyadanın üzərindən keçib.

Nəqliyyatın intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu qanunla nəzərdə tutulmayan yerdən və heç bir təhlükəsizlik tədbiri görmədən keçməyə çalışan hər iki piyada hadisə yerindəcə həyatlarını itiriblər.

BDYPİ bir daha piyadalara müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin