Tovuzda 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, fevralın 12-də Qovlar şəhəri ərazisində Cilovdarlı kənd sakini 1992-ci il təvəllüdlü Murad Hüseynov hündürlükdən yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu