Qayınatasını bıçaqlayan şəxs 14 il 6 ay həbsdə QALACAQ

Hazırda oxunan: Qayınatasını bıçaqlayan şəxs 14 il 6 ay həbsdə QALACAQ

234533

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əvəz Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 22 dekabr 2023-cü ildə, saat 18 radələrində Tovuz rayonun Əbulbəyli kəndində baş verib.

Belə ki, Tovuz rayon sakini, 1999-cu il təvəllüdlü Əvəz Babayev qayınatası, 1981-ci il təvəllüdlü Fərhad Yusibovu mübahisə etdiyi bıçaqlayıb. Zərərçəkmiş ağır halda Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni Əvəz Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

İttihama görə, hadisədən əvvəl Əvəz Babayev evdə sosial şəbəkədə tanış olduğu qızla videogörüntülü danışarkən arvadı otağa daxil olub. Sonra həyat yoldaşı uşaqlarını da götürərək atası evinə yollanıb. Sərxoş vəziyyətdə olan Əvəz qayınatasının evinə gedərək onları geri qaytarmağa çalışıb. Bu zaman onunla qayınatası Fərhad Yusibov arasına mübahisə yaranıb. Nəticədə Əvəz ona 8 bıçaq zərbəsi yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin