Maska ilə evə basqın edən şəxsə CƏZA VERİLDİ

Hazırda oxunan: Maska ilə evə basqın edən şəxsə CƏZA VERİLDİ

234529

Şəki Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Azər Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 06 dekabr 2023-cü il tarixdə saat 08 radələrində Qəbələ rayonunun Zarağan kəndində qeydə alınıb.

Belə ki, Azər Babayev kəndə qohumunun evinə həyətinə hasarın üzərindən keçməklə daxil olub. Sonra o, evdə tək olan zərərçəkmiş Məlahət Quliyevaya (şərti) qarşı basqın edib qolundan tutaraq üzərində gəzdirdiyi mətbəx bıçağı ilə onu hədələyib. Bu zaman Azər qadından pul və qızıl-zinət əşyaları tələb edib. Məlahət Quliyeva isə ona müqavimət göstərib sifətindəki maskanı çıxarmaq istəyib. Azər isə oradan qaçaraq uzaqlaşıb.

Hadisədən sonra Azər Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin