İllərdir orqanizmi korlayan sağlamlığın gizli düşməni, oynaqlarla və ürək-damar sistemi ilə əlaqəli xroniki iltihablar, autoimmun xəstəliklərdir.
Bizim.Media xəbər verir ki, tibb elmləri namizədi, terapevt İrina Baranova Telegram kanalında iltihabi prosesləri sürıtləndirən qida növlərini açıqlayıb:
"Bəzi qidalar iltihabı təhrik edir, digərləri isə onu azaltmağa kömək edir".
Mütəxəssis siyahıya şəkər və şirniyyat daxil edib. Belə ki, şəkər bağırsaqlarda patogen bakteriya və göbələkləri qidalandırır, bu da iltihablı prosesləri sürətləndirən insulinin kəskin sıçrayışlarına səbəb olur. Həddindən artıq miqdarda desertlər bədəndəki hüceyrələrin qocalmasını sürətləndirən oksidləşdirici stress yaradır.
Həkim qeyd edir ki, ən zərərli qidalardan bəziləri ultra emal edilmiş qidalardır. Bu kolbasa, sosislərdir. Belə qidalar yüksək istiliyə məruz qaldığından trans yağların və kanserogenlərin mənbəyinə çevrilir.
"Onların tərkibində xərçəngin inkişaf riskini artıran əlavələr var", - İrina Baranova yazıb.
Həm də iltihabı artıran qidalar siyahısına ağ un və təmizlənmiş karbohidratlar, spirt və enerji içkiləri daxildir. Yağ turşularının balansını pozan Omeqa-6-da yüksək olan bitki yağlarından çox istifadə də orqanizm üçün təhlükəlidir.
İltihabı azaltmaq üçün həkim şəkər, qeyri-sağlam yağlar və işlənmiş qidaların istehlakını azaltmağı tövsiyə edib. Həmçinin pəhrizə omeqa-3, lif və antioksidanları daxil etməyi məsləhət görüb.
Bizim.Media