DİQQƏT: Bu il müəllimlik ixtisasına plan yerləri azaldılacaq?

Hazırda oxunan: DİQQƏT: Bu il müəllimlik ixtisasına plan yerləri azaldılacaq?

234452

Bilirik ki, ölkəmizdə ən çox seçilən və tələbatın olduğu ixtisaslardan biri də müəllimlik ixtisasıdır. Hər il minlərlə şəxs bu ixtisasa qəbul olur.

Xatırladaq ki,  Elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində müəllimlərin sayının azaldılacağıyla bağlı açıqlama verib.

“Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq”,-deyə nazir təqdimatda bildirib.

Nazirin sözlərindən sonra müəllim olmaq istəyənlərdə belə bir sual yarandı:

Gələcəkdə müəllimlərinin sayının azaldılması nəzərdə tutulursa,  ali məktəblərə qəbul zamanı müəllimlik ixtisasına plan yerləri də azala bilərmi?

Bizim.Media təhsil eksperti Adil Vəliyevin mövzuyla bağlı fikirlərini öyrənib.  

Ekspert hesab edir ki, ehtiyac olan ixtisasların plan yerində dəyişiklik ola bilər. O, vurğulayır ki, bütün ixtisaslar tələb və təklifə görə dəyərləndirilməlidir:

“Ümumiyyətlə,  ali təhsil müəssisələrində kifayət qədər müəllimlik ixtisasına qəbul planı var. Demək olar ki, bəzi müəllimlik ixtisaslarının plan yerlərində ilbəil artım müşahidə olunur. Ancaq bu artım gələcəkdə həmin ixtisasdan məzun olan tələbələrin iş tapması üçün problem yarada bilər”.

“Dövlət məktəbinə müəllimlik vakansiyası azdır”.

“Bilirsiniz ki, müəllimlik ixtisasını bitirən tələbə əgər dövlət məktəblərində işləmək istəyirsə, əlavə olaraq Müəllimlərin İşə Qəbulu( MİQ) imtahanında iştirak etməlidir. Dövlət məktəblərinə müəllimlik vakansiyası elan olunduqda isə  görürük ki, vakansiya kifayət qədər azdır. Buna görə də məzunların çoxu işlə təmin oluna bilmir”, - deyə Adil Vəliyev sonda açıqlayıb.

Qeyd edək ki, Emin Əmrullayev açıqlamasında əlavə edib ki, müəllimlərin sayının azaldılması hər bir müəllimin dərs saatının artmasına, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin