Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 il sonra TAPILDI

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 il sonra TAPILDI

234435

Rusiya-Ukrayna müharibəsində həyatını itirən daha bir azərbaycanlının cənazəsi Azərbaycana gətirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1999-cu il təvəllüdlü Əmənov Hicran Dərya oğlu Cəlilabad rayonunun Şatırlı kənd sakini olub.
 

Məlumata görə, o, Rusiya Federasiyasının Kazan şəhərində həbs edilib və müharibəyə getmək şərti ilə azadlığa buraxılıb. Daha sonra Rusiya ordusunun sıralarına cəlb olunan Əmənov 2023-cü ilin noyabr-dekabr aylarında döyüş zamanı yaralanıb və cəbhə xəttində qalıb. Onun nəşi yalnız bu yaxınlarda tapılaraq aidiyyəti qurumlar tərəfindən ailəsinə təhvil verilib.


Həlak olan hərbçinin cənazəsi doğulduğu Şatırlı kəndində dəfn olunacaq.

Mərhumun ailəli olduğu və bir övladının qaldığı bildirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin