Ötən il azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib?

Hazırda oxunan: Ötən il azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib?

234408

2024-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 982 milyon 63.3 min manat vəsait sərf edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.

Mənbə qeyd edir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 596 min manat azdır. Belə ki, 2023-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 983 milyon 659 min manat vəsait yönəldilib.

Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (1 mlrd. 374 mln. 784 min manat), Laçın (894 mln. 736.7 min manat) və Ağdam (809 mln. 487 min manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, ötən il Azərbaycanda əsas kapitala 21 milyard 435.1 milyon manat vəsait yönəldilib ki, bununda 15 milyard 524 milyon 894 manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 38.5%-ni təşkil edib.

Aşağıdakı cədvəldə ötən il və 2023-cü ildə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin