Çörəkdən siqaret kötüyü çıxdığı deyilən zavod CƏZALANDIRILDI - FOTO

Hazırda oxunan: Çörəkdən siqaret kötüyü çıxdığı deyilən zavod CƏZALANDIRILDI - FOTO

234380

Bakının Zаbrаt qəsəbəsində yеrləşən "Ruzi" mаrkеtdən alınan çörəkdən siqaret kötüyü çıxması iddiası ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidməti yayıb.

Mənbə qeyd edir ki, Nizami rayonu, A.Manafov küçəsində yerləşən "Qarabağ" ASC-yə məxsus çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb:

"Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin