Saatlıda 66 yaşlı kişi itkin düşdü – FOTO

Hazırda oxunan: Saatlıda 66 yaşlı kişi itkin düşdü – FOTO

234373

Saatlı sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. M.Seyidovun əlamətləri belədir: boyu 162 sm., orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.
 

Evdən çıxan zaman üzərində qara rəngli palto, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 Xidməti Zəng Mərkəzinə və ya Saatlı Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin