Avropa İttifaqının (Aİ) beş ölkəsi - Fransa, Macarıstan, Slovakiya, Belçika və İspaniya yanvar ayında Rusiya nefti, boru kəməri və mayeləşdirilmiş təbii qazının (LNG) tədarükü üçün 1,2 milyard avro ödəyib.
Bizim.Media xəbər verir ki, bu barədə CREA-nın (Centre for Research on Energy and Clean) hesabatında bildirilib.
Ekspertlərin hesablamaları “Kpler” analitik şirkəti, “Marine Traffic” gəmi izləmə portalı, Avropa Qaz Nəqli Sistemləri Operatorları Şəbəkəsi (ENTSOG) və “Eurostat”ın məlumatlarına əsaslanır.
"Yanvarda Rusiyadan qalıq yanacağın ən böyük idxalçısı olan beş Aİ ölkəsi ümumilikdə 1,2 milyard avro ödəyib", - hesabatda qeyd olunub.
Fransa Aİ-də Rusiyadan qalıq yanacağın ən böyük alıcısı olub və 377 milyon avro dəyərində mayeləşdirilmiş təbii qaz idxal edib. Yanvarda Fransaya LNG idxalı 0,5 % artıb, eyni zamanda Rusiyadan tədarük ay ərzində 25 % artaraq 2024-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. Bu ölkəyə mayeləşdirilmiş təbii qaz idxalının ümumi həcminin üçdə birindən çox hissəsi Rusiyanın payına düşüb.
İkinci ən böyük alıcı 182 milyon avro dəyərində neft və 173 milyon avro dəyərində boru kəməri qazı idxal etmiş Macarıstan olub. Yanvarda 232 milyon avro dəyərində qalıq yanacaq idxal edən Slovakiya üçüncü yeri tutub. Bu ölkə tərəfindən idxalın 60 %-dən çoxunu 141 milyon avro dəyərində boru kəməri nefti təşkil edib.
"Yanvarda Rusiyadan Belçika və İspaniyaya müvafiq olaraq 154 milyon avro və 151 milyon avro dəyərində LNG tədarük edilib", - CREA-dan bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:53 / 11.02.2025
Aİ-nin beş ölkəsinin ikiüzlülüyü: Yanvarda Rusiyadan neft və qaz alıb
Hazırda oxunan: Aİ-nin beş ölkəsinin ikiüzlülüyü: Yanvarda Rusiyadan neft və qaz alıb
Hazırda oxunan: Aİ-nin beş ölkəsinin ikiüzlülüyü: Yanvarda Rusiyadan neft və qaz alıb
234277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.