Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Akif Məcidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Bakının Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib.
İttihama görə, Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini Zaur Nemətova bıçaqla xəsarət yetirib. Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb.
Akif Məcidov barəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 11.02.2025
Bakıda kafedə qətl törədən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Bakıda kafedə qətl törədən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Bakıda kafedə qətl törədən şəxsə HÖKM OXUNDU
234272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.