Tağıyevin nəticəsi Leyla Aru illər sonra - FOTO

Hazırda oxunan: Tağıyevin nəticəsi Leyla Aru illər sonra - FOTO

234271

Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin nəticəsi Leyla Aru illər sonra üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə hazırda Amerikada yaşayan azərbaycanlı jurnalist Aynur Talıbova sosial şəbəkə hesabında paylaşım edib.

Aparıcı Leyla Arunun 44 ildir Virciniyada yaşadığını qeyd edib:

“Amerikada doğulub, sonradan ailəsinin işi ilə əlaqədar İstanbula getsə də, 80-ci illərin siyasi cərəyanlarının nəticəsində türkiyəli həyat yoldaşı ilə birlikdə yenidən, həmişəlik ABŞ-a yerləşib.

Bakı milyonçuları - ana tərəfdən Hacı Zeynalabdin Tağıyev və ata tərəfdən Şəmsi Əsədullayevin nəticəsidir. O, Hacı Zeynalabdin Tağıyevin qızı Leyla Tağıyevadan olan nəvəsi Gülnar xanımın övladıdır. Özündən başqa bir bacısı və qardaşı da Amerikada yaşayır.
Qeyd edək ki, Leyla Aru sonuncu dəfə 2016-cı ildə Azərbaycan mətbuata müsahibə verib. Belə ki, qardaşı Əli bəy Səfiyurdlu ilə birlikdə AzVision.az-a müsahibə verən Leyla xanım Azərbaycana gəlmək istədiyini də vurğulamışdı. Ən böyük arzunuz nədir sualına isə “Kaş ki, şərtlər fərqli olaydı, biz də babamızın sərvəti ilə Azərbaycandan xeyli tələbənin təhsil almasına yardım edəydik”, - deyə cavab vermişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin