Nənəsini və həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elnur Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Əliyev Elnur Şahid oğlu yaşadığı fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla nənəsi Tatilova Laçın Həsən qızına daxilə nüfuz edən 1, arvadı Məmmədova Elminaz Sənan qızına isə daxilə nüfuz etməyən 1 xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanıb və E.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/11/1739279451_5285536919855425802.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:12 / 11.02.2025
Nənəsini və həyat yoldaşını bıçaqlayan şəxsə 16 il HƏBS CƏZASI verildi
Hazırda oxunan: Nənəsini və həyat yoldaşını bıçaqlayan şəxsə 16 il HƏBS CƏZASI verildi
Hazırda oxunan: Nənəsini və həyat yoldaşını bıçaqlayan şəxsə 16 il HƏBS CƏZASI verildi
234268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.