Hazırda neçə uşağa sosial xidmət göstərilir? - RƏSMİ CAVAB

Hazırda oxunan: Hazırda neçə uşağa sosial xidmət göstərilir? - RƏSMİ CAVAB

234243

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 1129 uşağa sosial xidmətlər göstərilir.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 773 nəfəri stasionar, 356 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunur.

"Bu xidmətlərə Agentliyin əlilliyi olan uşaqlar üçün və psixonevroloji sosial xidmət müəssisələrində, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi və uşaq evlərində, Sosial Xidmət Mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir.

Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə hər uşaqla bağlı fərdi inkişaf planı tərtib edilməklə sosial iş aparılır və sosial dəstək tədbirləri həyata keçirilir", - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin