Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yeni müavin təyin edilib.
Bizim.Media AAYDA-ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Əli Hacıyev gətirilib.
44 yaşlı Əli Sabir oğlu Hacıyev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili alıb.
O, daha əvvəl SOCAR-da, İqtisadiyyat Nazirliyində, "AzerGold"da çalışıb. Ötən ildən AAYDA-da İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Əli Hacıyev fevralın 4-də Saleh Məmmədovun müavini təyin edilib.
Qeyd edək ki, fevralın 4-də Prezident İlham Əliyev "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.
Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərini sayı 2-dən 3-ə çatdırılıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/11/1739266089_5285399360642869637.jpg)
- A-
- A
- A+
Cəmiyyət
13:27 / 11.02.2025
Əli Hacıyev Saleh Məmmədovun müavini oldu
Hazırda oxunan: Əli Hacıyev Saleh Məmmədovun müavini oldu
Hazırda oxunan: Əli Hacıyev Saleh Məmmədovun müavini oldu
234221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.