Səhiyyə Nazirliyindən işə qəbul prosesi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Səhiyyə Nazirliyindən işə qəbul prosesi ilə bağlı AÇIQLAMA

234201

Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb. “İşə Qəbul” alt sistemi səhiyyə müəssisələrində kadr seçim prosesini daha şəffaf, səmərəli və obyektiv həyata keçirmək məqsədilə tətbiq olunub. Sistem vasitəsilə tibb müəssisələrinin vakant yerləri elan edilir və namizədlər uyğun olduqları vəzifələrə müraciət edə bilirlər.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov deyib.

Bildirib ki, işə qəbul prosesinin əsas mərhələlərindən biri müsahibədir: “Müsahibə səhiyyə müəssisəsində komissiya üzvləri tərəfindən keçirilir və namizədlərin bilik və bacarıqları müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilir. Bu zaman hər bir namizədə eyni vakansiya üzrə eyni suallar verilir. Namizədin cavabları hər bir meyar üzrə 2 (qeyri-kafi), 3 (kafi), 4 (yaxşı) və ya 5 (əla) balla qiymətləndirilir.

Əgər namizəd hər hansı meyar üzrə 2 bal alarsa, müsahibədən uğursuz keçmiş hesab edilir. Bütün meyarlar üzrə topladığı ballar yekun qiymətləndirməyə daxil edilir və nəticə sistemə ötürülür.

Müsahibə başa çatdıqdan sonra sistem bütün namizədlərin yekun ballarını avtomatik müqayisə edir və ən yüksək bal toplayan namizədi seçir. Seçim nəticələri namizədlərə sistem üzərindən fərdi qaydada bildirilir”.

A.Səmədovun sözlərinə görə, namizədlər öz təhsil, bilik və bacarıqlarına uyğun olan bir neçə vakant vəzifəyə eyni anda müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin