Tovuzda dələdüzlüq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürossuna verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edən, 1994-cü il təvəllüdlü Valeh Əliyev saxlanılıb.
O, 20-ə yaxın zərərçəkəni işə düzəltmək adı altında aldadaraq 30 min manatdan çox maddi vəsaiti ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, V.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
![](https://a.bizim.media/file/articles/2025/02/11/1739250585_11.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:03 / 11.02.2025
Valeh Əliyev SAXLANILDI
Hazırda oxunan: Valeh Əliyev SAXLANILDI
Hazırda oxunan: Valeh Əliyev SAXLANILDI
234172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.