Bakıda İranın milli bayramı QEYD OLUNDU - FOTO

Hazırda oxunan: Bakıda İranın milli bayramı QEYD OLUNDU - FOTO

234160

Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilib.
 

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan ölkəsinin inqilabdan ötən 46 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illərdə müxtəlif sahələrdə böyük uğurlar qazanıldığını vurğulayıb.


Bildirib ki, İran Azərbaycanın COP29-a ev sahibliyi etməsini, eləcə də Azərbaycanın D8 qrupuna üzv seçilməsini dəstəkləyib. Bu, iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsidir.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev qeyd edib ki, bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur.

Bununla yanaşı, bir çox istiqamətlərdə - iqtisadiyyat, nəqliyyat, ticarət, investisiya, energetika, neft-qaz, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.

Rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin