Ağcabədidə iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə Hindarx-Borsunlu yolunun Ağcabədi rayon Taynaq kəndi ərazisindən qeydə alınıb.
Hadisə şahidlərinin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik maşını qarşıdan gələn KİA markalı avtomobillə toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan nəfər - 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadi Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.