Həcc ziyarətinə uşaqla getmək QADAĞAN OLUNDU

Hazırda oxunan: Həcc ziyarətinə uşaqla getmək QADAĞAN OLUNDU

234111

Bu ildən Həcc ziyarətində zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bu qərar Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.

Xatırladaq ki, ötən il Məkkəyə ailəsi ilə birlikdə həcc ziyarətinə gedən Yəhya Məhəmməd Ramazan adlı 4 yaşlı misirli uşaq kəskin istilər səbəbindən dünyasını dəyişmişdi. Məscidül-Həramda vəfat edən Yəhya Məhəmməd Kəbədə həyatını itirən ən gənc ziyarətçi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin