Yol polisinin "Saxla" əmrinə tabe olmayan azyaşlıya görə dava düşdü - VİDEO

Hazırda oxunan: Yol polisinin "Saxla" əmrinə tabe olmayan azyaşlıya görə dava düşdü - VİDEO

23411

Şəkidə Yol polisinin "saxla" əmrinə tabe olmayan avtomobildə azyaşlının olduğu aşkarlanıb.

Bizim.Media xəbər verir ki, İyunun 2-də magistral yolun Şəki  rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları hərəkətdə olan “VAZ-2110” markalı avtomobilin sükanı arxasında azyaşlı olduğunu görüb. Azyaşlı polisin "saxla" tələbinə məhəl qoymayaraq, hərəkətini davam etdirib və kənd arası yola daxil olub.

Bu zaman orada olan bir qrup kənd sakini yol polisi əməkdaşlarına yaxınlaşıb və maşını niyə saxlamaq istədiklərini soruşaraq mübahisə yaradıblar. 

Yol Patrul Xidməti  əməkdaşları onları  nizam-intizama dəvət etsələr də, onlar həmin əraziyə toplaşaraq magistral yolu bağlamağa cəhd göstərib. Cəhdin qarşısı Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal alınıb və orada olan 7 nəfər Polis Şöbəsinə dəvət edilib. 

Onlarla profilaktik söhbət aparılıb, qanunun tələbləri izah edilib. Kənd sakinləri də əməllərindən peşman olduqlarını bildiriblər. Həmçinin, azyaşlıya avtomobili idarə etməyə verən  atası Rafiq Nürəddinov və orada yol polisi əməkdaşlarının xidməti fəaliyyətinə mane olan, insanları yolu bağlamağa dair çağırışlar edən  İbrahim Hüseynov inzibati məsuliyyətə cəlb olunublar. (Avtosfer.az)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin