Qobustanda avtomobil AŞIB – Ölən və yaralananlar var – FOTO

Hazırda oxunan: Qobustanda avtomobil AŞIB – Ölən və yaralananlar var – FOTO

234102

Qobustanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində baş verib. “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri həyatını itirib. Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.







Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin