Bu gündən Bakıda E2 marşrut xəttinin nömrəsi 72 ilə əvəzlənib.
Bizim.Media bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.
Xatırladaq ki, E2 marşrut xətti ötən ilin noyabr ayından fəaliyyətə başlayıb. Bu xətt üzrə avtobuslar Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirir. Marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/10/1739185418_1722327883_avtobus.jpg)
- A-
- A
- A+
Cəmiyyət
15:42 / 10.02.2025
Bakıda bu marşrut xəttinin nömrəsi DƏYİŞDİRİLDİ
Hazırda oxunan: Bakıda bu marşrut xəttinin nömrəsi DƏYİŞDİRİLDİ
Hazırda oxunan: Bakıda bu marşrut xəttinin nömrəsi DƏYİŞDİRİLDİ
234085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.