“Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəfli barəsində cinayət işi məhkəməsi davam etdirilib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.
Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli və “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs edilib. Onun da cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Bizim.Media