Bəzi mənbələrin iddiasına görə, 2025-ci il başlayandan Bakı həbsxanalarında 10 ölüm hadisəsi olub.
Bəs maraqlıdır, bu rəqəmlər reallığı əks etdirirmi? Məhkumlar hansı xəstəliklərdən vəfat edirlər?
Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən “oxu.az”a verilən məlumata görə, penitensiar müəssisələrdə baş verən hər bir ölüm hadisəsi zamanı prokurorluq orqanları tərəfindən istintaq aparılır və bütün hallarda məhkəmə-tibbi ekspertiza cəlb olunaraq, ölümün səbəbi müəyyənləşdirilir:
"Məhkumların ölüm statistikası ilə bağlı məlumat xidməti istifadə üçündür və təqdim edilmir. Penitensiar müəssisələrdə məhkumların ölüm sayında artım qeydə alınmayıb. Belə ki, ötən il məhkumlar üzrə ölüm əmsalı ölkə üzrə ümumi ölüm əmsalından az olub.
Məhkumların ölüm səbəblərinə müxtəlif orqanların xərçəngi, ağır gedişli şəkərli diabet, qaraciyər sirrozu, ürək çatışmazlığı kimi xəstəliklər daxildir".
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/10/1739177540_turme_0011.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 10.02.2025
Bakı həbsxanalarında məhkumlar HANSI XƏSTƏLİKLƏRDƏN vəfat edirlər?
Hazırda oxunan: Bakı həbsxanalarında məhkumlar HANSI XƏSTƏLİKLƏRDƏN vəfat edirlər?
Hazırda oxunan: Bakı həbsxanalarında məhkumlar HANSI XƏSTƏLİKLƏRDƏN vəfat edirlər?
234061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.