"Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 778 min nəfərdir. Bu il yanvarın 1-ə olan məlumata əsasən, onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir".
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, muzdla çalışan işçilərin sayında əsas məqam özəl sahədə əmək müqavilələrinin sayının artması olsa da, dövlət sektorunda azalmanın qeydə alınması diqqətdən kənar qalmır:
"Belə ki, əvvəlki ilin 1 yanvar tarixi ilə müqayisədə özəl sektorda çalışanların sayı 53 min nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16 min 300 nəfər azalma qeydə alınıb. Dövlət sektortunda işləyənlərin sayının azalması bir sıra sahələrdə aparılan struktur islahatları nəticəsində işçi sayının mobilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, hələ də əksər dövlət qurumlarında boş vakansiyalar qalmaqdadır. Bəzi hallarda vakansiyalar üzrə marağın aşağı olması, bir sıra hallarda isə qəbul şərtlərinə uyğun müraciətlərin olmaması müşahidə edilir.
Bütövlükdə, əmək müqaviləsi ilə çalışanların sayının əmək qabiliyyətli vətəndaşlarımız ilə müqayisədə az olması da əsas çağrışlardandır".
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/10/1739173619_5282752806090040905.jpg)
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 10.02.2025
Dövlət idarələrində çalışanların sayı niyə azalır? - AÇIQLAMA
Hazırda oxunan: Dövlət idarələrində çalışanların sayı niyə azalır? - AÇIQLAMA
Hazırda oxunan: Dövlət idarələrində çalışanların sayı niyə azalır? - AÇIQLAMA
234048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.