“Sakitliyə riayət edin", “Bura zibil atmayın” – Qaydalar niyə əmr formasında YAZILIR?

Hazırda oxunan: “Sakitliyə riayət edin", “Bura zibil atmayın” – Qaydalar niyə əmr formasında YAZILIR?

234044

İnsanlar qədimdən bu yana müxtəlif dəyərlər, maraqlar, adətlər əasında birləşərək cəmiyyət yaradıblar. Tarixi cəmiyyətlərdən müasir cəmiyyətlərin yaranmasına qədər uzun yol gəlinib. Getdikcə də fərdlərin bu birləşmədə yalnız özünü yox, ümumi maraqları, qaydaları müdafiə etməsi formalaşıb.

Bir sözlə, cəmiyyətdə fərdlər özlərini yox, ümumi qaydaları gözləməlidirlər.

Ona görə də ortaq qayda-qanunlar müəyyən edilib ki, hər kəs bunlara riayət etməyə borclu sayılsın. Bu səbəbdən hər bir dövlətin özünün qanunları, qaydaları, milli və ümumi maraqları formalaşıb. Bu qanunlardan biri də birgə yaşayış qaydalarına uymaqdır.

Müasir insanı ibtidai insandan fərqləndirən də bunu dərk etməsidir. Yəni fərd kimi yaşasan da cəmiyyət olaraq birgəliyi təşkil edirsən. O səbədən yaşadığın ərazinin təmizliyinə, insanların hüquqlarına hörmət etməyə borclusan. Özünü borclu hesab etməyənlər, qaydalara uymayanlar üçün müxtəlif növ cərimələr müəyyən edilib.

Azərbaycan dövlətinin də qanunalrı var və onlara riayət olunması hamıdan tələb olunur. Lakin bəzi məqamlarda qaydalar insanlara sərt şəkildə izah edilir. İctimai qaydalara riayət olunmasının vacibliyini vurğulayan məlumatların əksəriyyəti əmr formasındadır. Məsələn: "Bura zibil atma!" , "Sakitliyə riayət edin!" və s.

Məlumatlar əmr şəklində yazılsa da, bunun üçün müəyyən məbləğdə cərimlərə nəzərdə tutulsa da, bu cür qanun pozuntularına rast gəlirik.

Maraqlıdır, bunlar əmr formasında yazıldığı üçün qaydalara uymuruq, yoxsa qaydalara uymadığımız üçün əmr verilir?

Mövzuya psixoloji tərəfdən yanaşan Aynur İsmayılova Bizim.Media-ya bidlirib ki, əmirvari yox, motivasiyaedici cümlələr yazılsa, daha çox insan qaydalara uyar:

“Hər bir qayda-qanuna riayət, davranış qaydaları ailədə formalaşır. Bizim ailələrdə sadəcə evimizi deyil, ətrafımızı da təmiz saxlamaq təbliğ olunsa, bir ana övladına əlindəki zibili zibil qabına atmaqda örnək olsa, bütün gigiyena qaydaları uşağa izah olunarsa, gələcəkdə zibilliyin yaranması, küçəyə zibil atmaqla bağlı söyüş, lənətli ifadələrin yazılması ilə qarşılaşmarıq.

Ümumiyyətlə, bu cür cümlələri düzəltmək olar, məsələn, “siz səliqəli insansınız, evinizi təmiz saxlayırsınız, gəlin, ətrafımızı da təmiz saxlayaq” və yaxud ”ölkəmiz təmiz olsun”, “övladlarımız təmiz nəfəs alsınlar”, “uşaqlarımızın gözü gözəllik görsün” və bu kimi ifadələr insanları daha çox qaydalara uymağa sövq edər”.

O deyib ki, insanlar əmr cümləsini qəbul edə bilmirlər:

“Ümumilikdə əmr cünləsindən insanlar qaçırlar. Çünki əmr şəklində səsini yüksəltmə, qışqırıq da ifadə olunur deyə, insanlar hesab edirlər ki, sanki kimsə onların üstünə qışqırır. Amma daha mülayim cümlələrdən istifadə olunsa, insanlar daha çox qaydalara uyarlar”.

Sosioloq Lalə Meharlı mövzu ilə bağlı Bizim.Media-ya danışaraq deyib ki, insanlar bir-birinin etdiyini təkrarlayaraq bütün mənfi davranış nümunələrini epidemiya kimi yayıblar:

“Cəmiyyətdə ciddi mədəniyyət zəhərlənməsi var. Başqa ölkələr üçün normal olan vəziyyətlər bizim ölkədə cərimə gücünə tətbiq edilir. Bir insana niyə yerə zibil atmamalı olmasını, təmizliyə riayət etməli olduğunu desinlər. Yəni normal insanlar o hərəkətlərin ictimaiyyət içində anormal olduğunun fərqindədirlər. Normal ölkələrdə bir insana desən ki, yerə zibil atma, təmizliyə riayət elə, həmin insan onu özünə təhqir hesab edəcək. Yəni bunu ona demək lazım deyil.

Normal insan cəmiyyətlərinin hamısında belədir. Bizdə cərimlər də olunsa, insanlar yenə zibil atır, ictimai yerdə davranış qaydalarını təkrarlayırlar”.

Sosioloq hesab edir ki, qayda pozuntuları təkrarlandığı üçün bu cür ifadələrdən istifadə olunur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin