Lerikə 64 sm qar yağıb – FAKTİKİ HAVA

Hazırda oxunan: Lerikə 64 sm qar yağıb – FAKTİKİ HAVA

234028

Fevralın 10-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, fevralın 10-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.
 

Belə ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.


Dağlıq ərazilərə yağan qarın hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaltanda 5, Xaltan, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm -dir.
Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin