Şəki sakini həm evindən, həm də tövləsindən oldu – VİDEO

Hazırda oxunan: Şəki sakini həm evindən, həm də tövləsindən oldu – VİDEO

234018

Səhərin erkən saatlarında Şəkinin Oxud kəndində eyni vaxtda ev, mal tövləsi və yardımçı tikilidə yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Oxud kənd sakini Vaqif Həmidova məxsus əmlaklarda baş verib.
 

Belə ki, 7 otaqlı, ümumi sahəsi 640 kvadratmetr olan ikimərtəbəli yaşayış evində, 120 kvadratmetr mal tövləsində və 60 kvadratmetrlik yardımçı tikilidə eyni vaxtda baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir neçə texnikası və 20 yaxın şəxsi heyəti cəlb olunub.


Yanğının miqyası böyük olduğundan ev əşyaları ilə, mal tövləsi içərisində olan ot bağlamaları və yardımçı tikilinin yanar konstruksiyaları ilə birlikdə yanıb.

Mal tövləsində olan 28 baş xırda buynuzlu heyvandan 18 başı və 3 baş iribuynuzlu heyvan xilas olunub. 9 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin