Qazaxda 2 yaşlı uşaq öldü - ŞOK SƏBƏB

Hazırda oxunan: Qazaxda 2 yaşlı uşaq öldü - ŞOK SƏBƏB

23400

Prokurorluq Qazax Müalicə Diaqnostika Mərkəzində iki yaşlı uşağın ölüm faktı barədə məlumat yayıb.

Qazax rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, iyunun 1-də saat 13 radələrində 2019-cu il təvəllüdlü Fatimə Abbasovanın Qazax Müalicə Diaqnostika Mərkəzində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin