İnsan orqanizmində xərçəngdən müdafiə mexanizmi tapıldı - Gözlənilməz

Hazırda oxunan: İnsan orqanizmində xərçəngdən müdafiə mexanizmi tapıldı - Gözlənilməz

233991
Yeni Cənubi Uels və Sidney Universitetlərininin mütəxəssisləri insanın DNT strukturunda xa0orqanizimdə bədxassəli şişlərin fəaliyyətini dayandıra bilən yeni bir gen aşkar ediblər.xa0

Moderator.az bu haqda xa0“Daily News” nəşrinə istinadla xəbər verir. Müvafiq tədqiqatlar göstərir ki, insan orqanizmində telomerlərin(hüceyrənin bölünməsi prosesi zamanı xromosomları qoruyan hissəciklər)zədələnmədən qorunması və xərçəngin sürətlə inkişafına kömək edən genomun qeyri-sabitliyini əngəlləyən bir qoruyucu mexanizm işə düşə bilər. Tədqiqatçılar düşünürlər ki, ağır xəstəliklər üzərində tam bir zəfərin sirri məhz telomerlərin fəallığının artırılmasındadır.


Genetiklər xa0təsbit ediblər ki, onkoloji şişlərin şiddətli formalarının xa0inkişafına xüsusi anti-xərçəng fermentlərinə maneə törədən xa0“TERF2” zülalı kömək edir. “TERF2” sintezinin qarşısını almaq və ya onun fəaliyyətini ciddi şəkildə yavaşlatmaq xa0həkimlərin xa0bədənin xərçəng də daxil olmaqla bir çox xəstəliklərdən daxili özünümüdafiə xa0mexanizmlərini aktivləşdirməyə yaxınlaşmasına imkan verəcəkdir.xa0

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin