Ramil Babayevdən xanımı ilə bağlı paylaşım - VİDEO

Hazırda oxunan: Ramil Babayevdən xanımı ilə bağlı paylaşım - VİDEO

233951

Aktyor Ramil Babayev xanımı Nigar Babayeva ilə bağlı paylaşım edib.

Bizim.Media olay.az-a istinadən xəbər verir ki, aktyor həyat yoldaşının videosunu paylaşaraq onun ad günü olduğunu yazıb:

“Bu gün sənin doğum günündür, amma əslində bu gün mənim üçün daha dəyərlidir. Çünki bu dünyaya sən gəldin və varlığınla mənim həyatımı işıqlandırdın. Sən yalnız həyat yoldaşım deyilsən, sən mənim ən yaxın dostum, sirdaşım, güvən yerim, ən böyük hədiyyəmsən.

Sənə baxanda anlayıram ki, sevgi sadəcə gözəl sözlər deyil, o, fədakarlıqdır, qayğıdır, sədaqətdir… Və sən bunların hər birini mənə yaşatmısan. Sənin gülüşün mənim üçün dünyanın ən gözəl musiqisidir, varlığın isə ən dəyərli xəzinəmdir.

Bu gün və hər zaman arzum budur ki, qəlbin həmişə rahat, üzün daim gülsün. Uğurların bol, arzuların gerçək olsun. Mənim dualarımda, ürəyimdə hər zaman sən varsan. Sən bu dünyaya xoşbəxt olmağa və məni xoşbəxt etməyə gəlmisən. Mən isə hər gün səni daha çox sevmək, səni qorumaq üçün buradayam.

Ad günün mübarək, mənim əvəzolunmaz sevgim! Mən səni hər şeydən çox sevirəm!”

Qeyd edək ki, cütlüyün iki qız övladı var.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin