Astarada qəza: Motosiklet sürücüsü HƏLAK OLDU

Hazırda oxunan: Astarada qəza: Motosiklet sürücüsü HƏLAK OLDU

233941

Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü ölüb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

Avsəl Ocaqovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin