Dünyaca məşhur su markası olan "Fiji" şirkətinin qablaşdırılmış sularında insan sağlamlığı üçün təhlükə yarada bilən mikroplastiklər və "bisfenol-A" maddəsi (BPA) olduğu iddia edilir.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində məsələ ilə bağlı məhkəmədə iddia qaldırılıb.
İddia ərizəsində qeyd edilib ki, bu maddələr ürək-damar xəstəliklərinə, xərçəngə, autizmə və hətta ölüm kimi ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən şirkətin reklamlarının dayandırılması tələb olunub.
"Fiji" şirkəti iddiaları qəti surətdə rədd edib:
"İttihamlar əsassızdır və gülünc doğurur. Markanın etibarını qorumaq üçün qanuni tədbirlər görəcəyik".
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/09/1739079152_5278232559169432840.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:34 / 09.02.2025
Məşhur su markasına qarşı iddia: "Xərçəng yaradır"
Hazırda oxunan: Məşhur su markasına qarşı iddia: "Xərçəng yaradır"
Hazırda oxunan: Məşhur su markasına qarşı iddia: "Xərçəng yaradır"
233915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.