Lənkəran rayonunda piyadanın avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında rayonun Darquba kəndi ərazisində qeydə alınıb.
Toy mərasimindən çıxaraq yolu qarşı tərəfə keçmək istəyən Ləj kənd sakini, 1977-ci il təvəllüdlü Akşin Böyükağa oğlu Əliyev avtomobil tərəfindən vurulub.
Zərərçəkən dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd edək ki, Akşin Əliyev Ləj kənd məktəbində tarix müəllimi kimi fəaliyyət göstərir. Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
![](https://a.bizim.media/file/articles/2025/02/09/1739075340_1730233122_1728648974_8.jpg)
- A-
- A
- A+
Cəmiyyət
08:10 / 09.02.2025
Lənkəranda tarix müəllimini avtomobil vurdu
Hazırda oxunan: Lənkəranda tarix müəllimini avtomobil vurdu
Hazırda oxunan: Lənkəranda tarix müəllimini avtomobil vurdu
233908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.