Kafe və barlardan qarışdırılan qəhvə və enerji içkiləri tərkibli kokteylləri içənlər infarkt keçirə bilər.
Bizim.Media medicina.az-a istinadən xəbər verir ki qastroenteroloq Olqa Mayorova tərkibində qəhvə və ya enerji içkiləri olan güclü spirtli kokteyllərdən infarkt və ya insult ehtimalı olduğunu açıqlayıb.
“Spirt və enerji içkilərinin və ya qəhvənin birləşməsi qan təzyiqinin kəskin artmasına səbəb ola bilər. Bu, xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Bundan əlavə, hər iki içki sidikqovucu təsirə malikdir və ağır susuzluğa səbəb ola bilər. Bu da öz növbəsində başgicəllənmə, ürəkbulanma və digər simptomlar yaradır.
Energetik içkilərin tərkibində kofein və alkoqol intoksikasiyasının əlamətlərini gizlədə bilən digər stimulyatorlar var. Bu, insanın əslində nə qədər spirtli içki qəbul etdiyini dərk etməməsi ilə nəticələnir. Nəticədə kəskin alkoqol zəhərlənməsi riskini artırır.
Bundan əlavə, araşdırmalar göstərir ki, araq və enerji içkisi kokteylləri içən insanların sərxoş vəziyyətdə xəsarət alma ehtimalı iki dəfə çoxdur.
Həmçinin, belə kokteyllərin müntəzəm istifadəsi asılılığa, mədəaltı vəzi ilə bağlı problemlər və şəkərli diabet riskini artırır.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/08/1739037456_5278500629553214202.jpg)
- A-
- A
- A+
Cəmiyyət
02:35 / 09.02.2025
Bu kokteyllər infarkta səbəb ola bilər
Hazırda oxunan: Bu kokteyllər infarkta səbəb ola bilər
Hazırda oxunan: Bu kokteyllər infarkta səbəb ola bilər
233885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.